Перейти к содержанию
Книги рядом
Обложка книги «Toğana»

Классическая проза

Toğana

Sabir Əhmədli

Жанр — Классическая проза; год издания — 2023; издательство — AudioKitab; язык — az; формат — mp3, m4b; ISBN — 9785048915783.

Ознакомительный фрагментПослушайте перед выбором полной версии

Переход ведёт на сайт партнёра. Ссылка является партнёрской, цена для читателя не меняется.

О книге

Sabir Əhmədli roman janrında yazan, bu janrın müasir varlığı dərk və əks etdirmək üçün verdiyi geniş imkanlardan bacarıqla istifadə edən yazıçılarımızdan olub. Ədibin ən maraqlı əsərlərindən biri də “Toğana romanıdır. Elə yazıçı var ki, şəhərlə əlaqəsi az və zəif olan, elmi-texniki tərəqqinin təsirindən müəyyən dərəcədə kənarda qalan ucqar dağ kəndlərindən yazmağı çox sevir. Sabir Əhmədlinin romanında təsvir edilən Toğana da ucqar dağ kəndidir. Lakin demək olmaz ki, bu kənd şəhərdən tam təcrid edilmişdir. “Toğana romanında ucqar dağ kəndinin təsərrüfat həyatının çətinlikləri, onun əmək adamlarının yaşayış tərzi və qayğıları ilə yanaşı, çoxcəhətli və çoxplanlı şəkildə qoyulmuş mənəviyyat problemləri ilə də qarşılaşırıq. “Toğana nəzərimizdə aktual, müasir mənəvi problemlərin qoyuluşu və bədii həlli sahəsində yazıçı axtarışlarının mühüm nəticəsi kimi qiymətlidir. Ümumiyyətlə “Toğana bütövlükdə kənd, təbiət və mənəviyyat mövzusunda yazılmış romandır. Yazıçı obrazlarının mənəviyyatını təbiətin saflığı, gözəlliyi ilə müqayisə və təmasda verir, bir obrazın dünyagörüşün, işinə, vəzifəsinə, ailəsinə, başqalarına münasibətini onun mənəvi aləminin açarına çevirir. Romanın əvvvəlində biz toğanalılarla və buraya yaylağa gəlmiş şəhərlilərlə tanış oluruq. Toğanalılar və yaylaqçılar haqqında yazıçı təqdimatı iki əsas xətt olub əsərin əvvəlindən sonuna qədər qarşılıqlı əlaqə və münasibətdə davam etdirilir. “Toğanada maraqlı surətlərlə qarşılaşırıq. Bunların sayı iyirmidən çoxdur. Əsərin aparıcı surəti, əsas qəhrəmanı Adil müəllimdir. Romanda Adil müəllimin və onun kimi mənəviyyatı təmiz adamların xarakteri daha çox düşüncələr axınında, daxili monoloqlarla açılır. Bu isə romanın forma xüsusiyyətlərini müəyyən edir.

Продолжить выбор

Похожие книги

Весь жанр →
Обложка книги «Yad Yasəmən»

Классическая проза

2023

Yad Yasəmən

Бертрис Смолл

Обложка книги «Марго»

Классическая проза

2023

Марго

Олег Юрьевич Полетаев

ToğanaSabir Əhmədli
Слушать полностью