Перейти к содержанию
Книги рядом
Обложка книги «Günəş kimi»

Современная зарубежная литература

Günəş kimi

Sevinc Zeynallı

Жанр — Современная зарубежная литература; год издания — 2022; издательство — Qanun Nəşriyyat evi; язык — az; ISBN — 9789952380378; возраст — 16+.

Переход ведёт на сайт партнёра. Ссылка является партнёрской, цена для читателя не меняется.

О книге

Oktyabrın 23-də günəşli bir payız günü, Vətən savaşının odlu-alovlu günlərinin birində Rəncbər kəndində bir başqa həyəcan vardı. Bütün Azərbaycanı bürümüş müharibə abı-havasının ən ağrılı və həm də ən şərəfli məqamı – şəhid xəbəri indi də Rəncbəri haqlamışdı. Kənd sakinlərinin yaratdığı izdiham, uşaqdan-böyüyə hamı əllərində bayraqlar, ürəklərində Vətən sevgisi ilə küçələrə axışmış, Onu qarşılayırdı. İnsanların üzündə kədər, fəxr, qurur, təlaş, ağrı, göz yaşı və qəzəb bir-birinə qarışmışdı. Bu qarışıq duyğular insanları bir-birinə daha da yaxından birləşdirir, əsir torpaqlarımızı azad etmək uğrunda gedən müqəddəs savaşın gücünə güc qatırdı. Vətən savaşına qatılan igidlərdən biri, qəhrəmanlıqları ilə dillərdə dastan olan Xüsusi Təyinatlı hərbçi Fikrət gəlirdi. Üçrəngli bayrağın sevgisiylə hərbçi olmaq yolunu seçmiş, bu yolda fərqlənmiş, seçilmiş Vətən oğlu üçrəngli bayrağa bürünüb öz evinə qayıtmış, ən uca mərtəbəyə çatmış ruhu isə doğma kəndin səmalarında dolaşırdı. Birdən-birə elə sarsıldıq ki, günlərlə təkcə Fikrətin şəkillərinə baxdıq, ondan danışdıq, sözümüz-söhbətimiz yalnız Fikrət oldu. Fikrətin bildiyimiz, eşitdiyimiz igidliklərindən, şücaətindən, cəsarətindən danışdıq. Həm heyran olduq, həm də məxfi vəzifəsinin ən maraqlı məqamlarını heç kimə danışmadığı üçün hərbçi kimi seçdiyi yoldakı çətin sınaqlardan, o cəsur ürəkdə olan Vətən eşqindən, xəyallarından, arzularından xəbərsiz qaldığımız üçün təəssüfləndik. Fikrəti daha yaxından tanımaq üçün şəkillərdən bizə baxan gülər gözlərdəki o dərin mənanın sorağı ilə çıxdığımız yol bizi sirli bir xəzinəyə gətirib çıxartdı. Müdriklər deyib ki, hər bir insan açılmamış xəzinədir, kəşf etməyə çalışdıqca bu xəzinədən elə incilər, mücəvvərlər çıxır ki, heyrətlənirsən. Fikrət haqqında yazmağa başladıqca isə daha çox heyrətləndiyim, onun 25 illik qısa həyatında kəşf etdiyim hər məqamın qəhrəmanın öz həyat yolunu, həyatında rastlaşdığı insanların həyatını, onu tanımaq istəyən hər kəsin həyatını işıqlandırmağı idi.

Продолжить выбор

Похожие книги

Весь жанр →
Обложка книги «Kor Bayquş»

Современная зарубежная литература

2022

Kor Bayquş

Садек Хедаят

Günəş kimiSevinc Zeynallı
Читать полностью